Mən PHP və Laravel əsaslı web texnologiyalar sahəsində ixtisaslaşmış backend developerəm. Karyeram boyu real layihələrlə işləyərək həm texniki bacarıqlarımı gücləndirmiş, həm də funksional və sabit sistemlər qurmaq üzrə təcrübə toplamışam.
Webcoder MMC-də tam ştatlı Backend Developer kimi çalışmaqla yanaşı, Hostim MMC-də iki fərqli veb layihəyə texniki dəstək və server tərəfli idarəetmə xidmətləri göstərmişəm. Laravel əsaslı sistemlərin sabitliyinin təmin olunması, hostinq mühitində layihələrin yerləşdirilməsi, verilənlər bazasının idarə olunması və təhlükəsizlik məsələlərinin həllinə cavabdeh olmuşam.
Sayt.az MMC-də isə sistem səviyyəli yanaşmalar tətbiq edərək, layihələrin hostinqə köçürülməsi, SSL və domen konfiqurasiyaları, texniki problemlərin aradan qaldırılması kimi məsuliyyətləri öz üzərimə götürmüşəm.
Bundan əlavə, ADAS (Azərbaycan Digital Art School) tədris mərkəzində Backend Development (PHP / Laravel) üzrə təlimçi kimi çıxış etmişəm. Tələbələrə real layihə nümunələri əsasında API quruluşu, təhlükəsizlik, verilənlər bazası əlaqələri kimi mövzuları izah edərək həm nəzəri, həm də praktiki biliklər vermişəm.
Təhsil sahəsində həm sosial iş üzrə magistr dərəcəsi, həm də redaktə və nəşr sahəsində bakalavr diplomuna malikəm. Bu təhsil mənə istifadəçi yönümlü yanaşma, mətn strukturu və detallara diqqət kimi bacarıqlar qazandırıb. Eyni zamanda “Web Development Training” və “Full Stack Programming” (PHP və C# üzrə) proqramlarını uğurla başa vuraraq daim özümü yeniləməyə və texnologiyalara daha dərin yanaşmağa çalışıram.
Hər bir layihədə funksionallıq, kod keyfiyyəti və istifadəçi təcrübəsi mənim üçün prioritetdir.